Yuxarı

Vatikanda ölkəmizə aid qədim sənədlər aşkarlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikanla Azərbaycan arasında sıx dostluq münasibətləri formalaşıb. Bu münasibətlər xüsusən humanitar sahədə fəal inkişaf edir.

Bunu Trend-ə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete deyib.

Yepiskop bildirib ki, Azərbaycan hökuməti humanitar əməkdaşlıq çərçivəsində Vatikana qədim katakombaların bərpasında kömək edib. Bu da iki dövlət arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Qeyd edək ki, bərpasına 2012-ci ildə başlanılan Marçellino və Pyetro katakombalarının açılışı 2016-cı ilin fevralında Vatikanda, San Sebastian katakombalarının (bərpa işlərinə 2016-cı ildə başlanılmışdı) açılışı isə 2018-ci ilin sentyabrında olub.

V.Fekete vurğulayıb ki, qarşılıqlı humanitar fəaliyyət Müqəddəs Taxt-Tac və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın böyük spektrini nəzərdə tutur:

"Vatikan arxivlərində Azərbaycana aid çox qədim sənədlər, məktub və materiallar aşkar edilib və iki ölkənin hökumətləri səviyyəsində bu maraqlı sənədlərin Bakıda Azərbaycan ictimaiyyətinə geniş şəkildə təqdim olunacağı sərginin keçirilməsi imkanları müzakirə olunur. Hazırda bu məsələ Vatikan və Azərbaycan hökumətləri diqqət mərkəzindədir".

Katolik icmasının rəhbəri xatırladıb ki, Vatikan müstəqil Azərbaycan Respublikasını tanıyan ilk ölkələr sırasındadır:

"İlk dövrdən Müqəddəs Taxt-Tac və Azərbaycan arasında yüksək səviyyəli etibarlı münasibətlər yaranıb və bu gün də davam edir. Hesab edirəm ki, 2011-ci ildə imzalanmış “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” saziş ikitərəfli əlaqələri daha da möhkəmləndirib".

Tarix
2018.11.08 / 13:48
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla