Yuxarı

Deputat “Diriliş Ərtoğrul”un qəhrəmanı ilə görüşdü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı ilə Atatürk Mərkəzində Suriya türkmanlarının tanınmış sənətçisi, araşdırmaçı-yazar, “Türkviziya” yarışmasının qalibi və “Diriliş Ərtoğrul” serialının aktyoru Adil Şanla görüş keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə millət vəkilləri, vətəndaş cəmiyyətinin fəalları, media təmsilçiləri və yazarlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan millət vəkili bildirib ki, Adil Şan mənsub olduğu Bayırbucaq, Türkməndağı, Hələb türklərinin səsini dünyaya çatdırmaqla yanaşı, həm də dəyərli vətənsevər ziyalı kimi bütövlükdə türk dünyasını təmsil edir.

Q.Paşayeva Adil Şanın həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib:

“Adil Şanın əsli Güney Azərbaycana bağlı olub. Belə ki, o, Güney Azərbaycandan köç etmiş bir nəslə mənsubdur. Adil Şan istər yazdığı kitablarla, istərsə də ictimai fəaliyyəti ilə hər zaman türk dünyasını narahat edən problem və məsələləri gündəmə gətirən ziyalıdır. Onun “Diriliş Ərtoğrul” serialında canlandırdığı ozan obrazı təkcə Türkiyədə deyil, Azərbaycanda olan tamaşaçıları arasında da rəğbətlə qarşılanıb”.

Millət vəkili Suriya türkmanlarının yaşadığı acılar barədə də danışıb: “Bu insanlar bizim qardaş-bacılarımızdır, onların yanında olmaq bizim vəzifəmizdir”.

Bundan başqa, Adil Şanın iki kitabının və musiqi albomunun təqdimatı da keçirilib.

Q.Paşayeva vurğulayıb ki, Adil Şan indiyə kimi Suriya türkmanlarının qan yaddaşı, etnoqrafik tarixi, adət-ənənələri, folklor nümunələri ilə bağlı bir çox araşdırmalar aparıb.

Millət vəkili Adil Şanın üçüncü kitabının Azərbaycanda çap olunacağını bildirib.

Tarix
2018.11.20 / 17:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla