Yuxarı

“Tarixə və ənənəyə toxunuş” - Sosial layihə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tarixə və ənənəyə toxunuş”  - Sosial layihə

Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq layihəsi “Tarixə və ənənəyə toxunuş” ekspozisiyası görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulub. Təqdim olunan sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.

Kult.az xəbər verir ki, 2019-cu ilin fevral ayı ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə “Tarixə və ənənəyə toxunuş” Azərbaycan-Türkiyə birgə sərgi layihəsini təqdim olunur. Bu layihə ASAN Radio, ASAN Könüllülük Məktəbi və “British Council”un dəstəyi ilə keçiriləcək.

Əsasını Türkiyənin GEA Arama Kurtarma Ekoloji ve İnsani Yardım ictimai təşkilatının səyyar sərgisi təşkil edir. Bu sərgi Türkiyə və digər ölkələrdə uğurla nümayiş etdirilib.

Ekspozisiyanın əsasını 15 əşya təşkil edir. Bura dünya muzeylərinin məşhur eksponatlarının surətləri: gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Azərbaycan Xalça Muzeyi öz növbəsində sözügedən layihəni “Ənənəvi texnologiya” şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırladıqları xalça nümunələri ilə tamamlayacaqdır. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palas, kilim, şəddə, zili və s. kimi növlərini görmək mümkündür. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya biləcəklər. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunacaqdır. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim ediləcək.

Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovlu və xovsuz xalçaların toxunması və makrame üzrə ustad dərsləri təşkil olunacaq.

Sözügedən layihə ölkəmizdə bu istiqamətdə reallaşacaq pilot layihədir. Yaxın aylar ərzində eksponatların bu metodla nümayişi Azərbaycan Xalça Muzeyinin sərgi fəaliyyətində geniş şəkildə tətbiq olunacaq.

Tarix
2019.01.28 / 18:02
Müəllif
Kult.az
Digər xəbərlər

Bu şəxslər amnistiya ilə cəzadan azad ediləcək – Qərar

İlham Əliyev sərəncam imzaladı

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla