Yuxarı

Xəbərdarlıq: Azərbaycanda vulkan püskürəcək - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən təhlükəli vulkanlarından biri olan Bozdağ-Qobu vulkanı bu il ərzində püskürə bilər.

Axar.az xəbər verir ki, bu barədə Xəzər Xəbər-ə Geologiya və Geofizika institutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev deyib.

O bildirib ki, vulkan püskürərsə yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yaranabilər. Elə buna görədə bəzi sakinlər indidən mənzillərini satışa çıxarıb.

Belə ki, Şamaxıda zəlzələnin baş verməsi Bozdağ-Qobu vulkanının da püskürmə ehtimalını artırıb.

Bozdağ-Qobu vulkanı, ilk dəfə 1827-ci ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı əraziyə yayılıb.

Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər hər an baş verə biləcək hadisədən qorxduqlarını bildirirlər.

Qeyd edək ki,Bozdağ-Qobu vulkanı ən təhlükəli vulkanlardan biri hesab olunur.

Tarix
2019.02.17 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla