Yuxarı

Mehriban xanımdan görkəmli diktorla bağlı örnək addım - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:18

Bu gün xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun barelyefinin açılışı olub.

Kult.az xəbər verir ki, bu barədə görkəmli diktorun tələbəsi, jurnalist Ceyhun Əli məlumat paylaşıb.

İki il öncə dünyasını dəyişən xalq artistinin barelyefi yaşadığı binanın giriş hissəsinə həkk edilib. Açılışda R.Hüseynovun həyat yoldaşı ilə yanaşı dostları, tələbələri də iştirak ediblər.

Barelyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun dəstəyi ilə hazırlanıb.

Tədbirdə çıxış edənlər Rafiq Hüseynovun keçdiyi sənət yolundan, bənzərsiz istedadı və təkrarsız üslubundan bəhs ediblər.

Bildiriblər ki, Rafiq Hüseynov böyük təcrübəyə malik peşəkar teleaparıcı idi. Yüksək intellekt sahibi olan, doğma dilimizin incəliklərini daim yaşadan Xalq artisti ciddi görkəmi, xoş təbəssümü, aydın diksiyası ilə hər zaman milyonlarla tamaşaçını efirə cəlb edib. Tamaşaçılar Rafiq Hüseynovun ekranda görünüşünə, səsinin ahənginə, təmiz nitqinə və səmimi ünsiyyətinə heyran qalırdılar. O, efirdə yazıçı ilə yazıçı, musiqiçi ilə musiqiçi, teatr işçisi ilə teatrşünas kimi danışırdı, həm informasiya, həm bədii, həm də ictimai-siyası mətni mövzuya uyğun ahəng və avazla səsləndirirdi. Rafiq Hüseynov keçmiş Sovet İttifaqı məkanında ən yaxşı diktorlardan biri idi. Moskvadan mərkəzi televiziyada işləməyə dəvət alsa da, bu təklifi qəbul etməmiş, doğma televiziyanı üstün tutmuşdu. Səsləndirdiyi diktor mətnləri, sənədli filmlər, aparıcısı olduğu müəllif verilişləri onun qiymətli yadigarı kimi televiziyanın fondunda qorunub saxlanılır.

Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova, xalq artistləri Eldost Bayram, Ofeliya Sənani və başqaları görkəmli teleaparıcının xatirəsinə göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Açılışdan sonra barelyefin qarşısında R.Hüseynovun həyat yoldaşı Səbinə Hüseynli və məşhur aparıcılar Rafiq Həşimov, Dilarə Səlim, Nərgiz Cəlilova, Ceyhun Əli xatirə şəkli çəkdirib.

Qeyd edək ki, 1946-ci ildə Şuşa şəhərində anadan olan R.Hüseynov 26 oktyabr 2017-ci ildə müalicə aldığı Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib.

Tarix
2019.02.18 / 19:07
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla