Yuxarı

Nazir: Kim belə qənaətə gəlibsə, yanlış düşünür - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: Kim belə qənaətə gəlibsə, yanlış düşünür - Video

2019.03.04, 12:54

2018-ci ilin aprel ayında Mədəniyyət və Turizm Nazirliyi bölünərək iki müstəqil dövlət təşkilatına çevrilməsi islahatların bünövrəsində duran əsas məsələlərdən biri idi.

Kult.az xəbər verir ki, bu sözləri M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət naziri Əbülfəs Qarayev incəsənət xadimlərinin dövlət başçısı ilə görüşündə müzakirə olunan məsələlərin həllinə dair keçirilən mətbuat konfransında deyib. O, Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıqlardan danışıb:

“Mədəniyyət və iqtisadi xarakter daşıyan qurumun funksiyaları fərqlidir. Bu gün turizmdə gedən islahatlar məhz Azərbaycanın maliyyə dövriyyəsinə əlavə vəsaitinin gətirilməsinə, bunlardan daha səmərəli istifadə olunmasına yönəlmiş xüsusi strateji xətti yerinə yetirir.

Hesab edirəm ki, Mədəniyyət Nazirliyi son iki il müddətində eksperimental da olsa, kifayət qədər işlərin görülməsinə müvəffəq olub.

Bu yaxınlarda cənab Prezidentin verdiyi növbəti qərarla bağlı bu islahatların daha dərindən və geniş şəkildə aparılması barədə bizə konkret tapşırıqlar verilib. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu islahatların kiminsə işdən çıxarılması, iş yerlərinin azaldılması, bu şəbəkənin bağlanılması ilə heç bir əlaqəsi yoxdur. Kim belə qənaətə gəlibsə, yanlış düşünür. Çünki bu sistemin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müasir tələblərə cavab verən yeni nəslə uyğun şəkildə xidmətlərin qurulması barədə tapşırıqlar əyani olaraq bu sərəncamda öz əksini tapıb”.

Tarix
2019.03.05 / 15:03
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla