Yuxarı

Qar uçqunu yolu bağladı: köməksiz qalanlar... - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.03.20. 20:40

Xınalıq yolunun 32-ci kilometrliyində baş verən qar uçqunu ilə bağlı AAYDA məlumat yayıb.

Axar.az xəbər verir ki, qurumun mətbuat katibi Anar Nəcəfli bir-neçə gündür ki, dağlıq ərazilərdə davam edən qeyri-sabit hava şəraiti və qarın yağmasına baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikalarının ərazilərə səfərbər olunduğu, gücləndirilmiş iş rejimində avtomobil yollarında qarın yağması ilə əlaqədar yaranan problemlərin aradan qaldırıldığını açıqlayıb.

“Ötən gün intensiv şəkildə qarın yağması nəticəsində Quba-Xınalıq yolunun 34-36-cı km-lik hissəsində, dərədə qar uçqunu qeydə alınıb. Ərazidə olan əməkdaşlarımızın və texnikanın köməkliyi ilə yolda qalan vətəndaşlar ərazidən çıxarılıb.

Yolun qar uçqunundan təmizlənməsi üçün ötən gün hava qaralana kimi aparılan işlər bu gün səhər saatlarından da davam etdirilir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub. Qeyri-sabit hava şəraiti və relyefin çətin olmasına baxmayaraq, yolun axşam saatlarına qədər açılması üçün işlər mümkün dərəcədə sürətlə aparılır.

Aparılan işlər nəticəsində hazırda yolun 34-cü km-nə qədər avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik yoxdur. Buna baxmayaraq, təcrübəsi az olan və əraziyə bələd olmayan sürücülərdən, avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz olunmayanlardan sözügedən yoldan istifadə etməsi tövsiyə olunmur”, - A.Nəcəfli bildirib.

Qeyd edək ki, ötən gün Xınalıq yolunun 32-ci kilometrliyindən başlayaraq, 4 hissədə qar uçqunu olduğu, bəzi maşınların uçqun altında qaldığı, əraziyə gedən texnikanın isə xarab olması nəticəsində yolun təmizlənməsi işlərinin yubandığı barədə xəbər yayılmışdı.

Tarix
2019.03.21 / 14:41
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla