Yuxarı

"Diqlas" sökülür: yanğınla bağlı son məlumat - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:39

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət obyektində başlayan yanğınla bağlı məlumat yayıb.

FHN-dən Axar.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.

***

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib.

Report-un məlumatına görə, yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

***

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.

***

Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi işləri davam etdirilir.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.

Binadan təxliyə işləri başa çatdırılıb.

Ətraflı məlumat verəcək.

***

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar hazırda Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Qeyd edilir ki, bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.

***

Yanğın zamanı FHN-nin əməkdaşı xəsarət alıb. O, sağ əlin kəsilmiş yarası ilə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a məlumat verilib.

Yanğında 10 nəfərin də tüstüdən zəhərləndiyi bildirilir.

***

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

FHN-nin məlumatına əsasən, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşına təcili tibbi yardım göstərilib.

Bu barədə Report-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

P.Əbubəkirov qeyd edib ki, tibbi yardım briqadaları iki vətəndaşa da yardım göstərib: “Yanğın səhər saatlarında baş verən zaman ticarət mərkəzində adam az olub, ona görə də xəsarət alan olmayıb. Əraziyə 6 təcili tibbi yardım briqadası cəlb olunub”.

***

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib.

Ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.

***

Bakıdakı “Diqlas” Ticarət Mərkəzində baş verən yanğının ilkin səbəbi açıqlanıb.

Ticarət mərkəzinin sahibi bildirib ki, yanğın yaxınlıqdakı dönərxanadan başlayıb.

Dönərxanada partlayışdan sonra başlayan yanğın əvvəlcə ticarət mərkəzindəki paltar mağazalarına keçib, sonra isə alov binanı bürüyüb.

***

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı ümumillikdə 6 nəfər xəsarət alıb.

Bu barədə Axar.az-a eksklüziv açıqlamasında Səhiyyə Nazirliyinin əməkdaşı məlumat verib.

Məlumata görə, xəsarət alanlardan 3-ü FHN əməkdaşı olub, 2-si isə mərkəzin mühafizəsində çalışan şəxslər olub. Digər 1 nəfər isə “Diqlas”da çalışan işçidir.

"FHN-nin bir əməkdaşı Sabunçu xəstəxanasına yerləşdirilib, 5 nəfərə isə tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib", - məlumatda bildirilib.

***

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

Bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

***

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

***

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib.

Yanğın zamanı 5 nəfər tüstüdən boğulma ilə təcili yardıma müraciət edib: "Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1-i xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı həmçinin 1 polis əməkdaşı burun qanaxması ilə təcili yardıma müraciət edib. Yanğın zamanı habelə daha 2 nəfər də yanıq xəsarətləri alıb", - deyə rəsmi məlumatda bildirilib.

Tarix
2019.03.26 / 18:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla