Yuxarı

Gəmi qəzası: 14 yaralı var, cinayət işi açıldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.05.08, 21:58

“Topaz Energy and Marine” şirkətinin Xəzər Dəniz Gəmiçiliyi QSC-dən kirayəyə götürdüyü “İsrafil Hüseynov” borudüzən gəmisi "Şahdağ" yatağında qəzaya düşüb.

Axar.az-a daxil olan özəl məlumata görə, nəticədə 12 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılara kömək üçün “Topaz Energy and Marine” şirkəti “Citadel” gəmisini əraziyə göndərib.

***

Qəza ilə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" məlumat yayıb.

Məlumatda bildirilir ki, QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqlarin birində qəza baş verməsi barədə məlumatlıyıq:

"Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb.

Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məumatı “Saipem” yayacaq".

***

Qəza ilə bağlı Saipem şirkəti də məlumat yayıb. Məlumatda bildirilir:

“Saipem” təəssüflə xəbər verir ki, mayın 8-də axşam, təxminən 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və hazırda “Citadel” gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılma işləri aparılır. Gəminin 01:45 radələrində sahilə çatması gözlənilir.

Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. “Saipem” şirkəti vəziyyəti nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq.

Yanğın söndürülüb”.

***

“Saipem” şirkətini yaydığı məlumata əsasən, yanğın zamanı gəmi heyətindən olmayan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar “Citadel” gəmisi vasitəsilə Bakı sahilinə çatdırılaraq dərhal Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.

Həmçinin vurğulanıb ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və gəminin gələcəkdə təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur.

***

Səhiyyə Nazirliyindən verilən məlumat məlumata görə, xəsarət alanlardan 7 nəfəri reanimasiyaya yerləşdirilib:

"Reanimasiyada olan yaralılardan 3 nəfərinin vəziyyəti ağırdır. Digər 7 nəfərin vəziyyəti isə normaldır. Onlar 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri alıb".

***

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq mayın 8-də “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qapalı səhmdar cəmiyyətinə məxsus “İsrafil Hüseynov” gəmisində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Bəyanatda deyilir ki, borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Məlumatda deyilir ki, hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin başvermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun 440-78-13 nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.

Tarix
2019.05.09 / 12:40
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla