Yuxarı

Bakının bu qəsəbəsində aksiya: icra başçısı dəstək verdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu qəsəbəsində aksiya: icra başçısı dəstək verdi

Bakının Ələt qəsəbəsində yüzlərlə sakin “Narkomaniyaya yox!” şüarı altında aksiya keçirib.

Qəsəbə sakinlərinin Axar.az-a verdiyi məlumata görə, sakinlər son vaxtlar Ələtdə narkomaniyanın artmasından və gənclərin bu xəstəliyə yoluxmasından narahatlıqlarını bildiriblər. Aksiya iştirakçıları gənclərə bu bəladan uzaq olmaq çağırışı etməklə bərabər, hüquq-mühafizə orqanlarına da narkomaniyaya qarşı mübarizəni sərtləşdirmək tələbi səsləndiriblər.

Əraziyə polis qüvvələri cəlb edilib və aksiya iştirakçıları ilə danışıqlar aparılıb.

Rayon icra başçısı Süleyman Mikayılovun qəsəbə nümayəndəsi sakinlərə bildirib ki, rayon rəhbərliyi əhalinin bu aksiyasını dəstəkləyir və əhalidən bu işdə yardım gözləyir. Çünki narkomaniyaya qarşı mübarizə həm də ailədən başlayır və bu bəlaya qarşı hüquq-mühafizə orqanları, rayon rəhbərliyi ailələrlə birgə addımlar atmalıdır.

Sakinlərin sözlərinə görə, hüquq-mühafizə orqanları nəzarəti ən yüksək həddə gücləndirəcəklərini vəd ediblər.

Tarix
2019.05.14 / 00:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla