Yuxarı

Tanınmış şərqşünas qəzaya düşdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli Cəlilabad rayonundan Bakıya qayıdarkən qorxunc avtomobil qəzasına düşüb.

Publika.az xəbər verir ki, işıqforda "Nissan" markalı avtomobilində həyat yoldaşı ilə birgə dayandığı zaman arxadan sürətlə yaxınlaşan avtomobil onların maşınına çırpılıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən sürücü narkotik maddələrin təsirində olub.

Olayla bağlı danışan C.Əzimbəyli bu qəzadan xəsarət almadan çıxmalarının böyük xoşbəxtlik olduğunu deyib. O, Cəlilabaddan xeyriyyə aksiyasından qayıtdıqlarını bildirib. C.Əzimbəyli avtomobilinə 3 min manatdan artıq ziyan dəydiyini deyib.

"Şükür Allaha ki, salamatlıqdır. Amma məni üzən o oldu ki, heç bir sənədi olmadan avtomobil idarə edən, habelə özündə olmayan bu şəxs Cəlilabadda "hacı" adı ilə tanınan birinin zəngi ilə heç bir məsuliyyətə cəlb olunmadan mühafizə olundu. Bəs bu insan sabah daha dəhşətli qəza törətdikdə necə olacaq?" - o əlavə edib.

Tarix
2019.06.11 / 21:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla