Yuxarı

AB-nin Bakı rəsmisi ilə görüş: islahat dalğası...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-nin Bakı rəsmisi ilə görüş: islahat dalğası...

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllim, tələbə və məzunları ilə görüşü keçirilib.

Kult.az xəbər verir ki, görüşü Qafqaz Siyasi Analiz Mərkəzi (CPAC) təşkil edib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankaukas arasında görüş baş tutub. Görüş əsasında Azərbaycanda son illərdə aparılan davamlı siyasi, iqtisadi və sosial tədbirlər barəsində fikir mübadiləsi aparılıb.

Akademiyanın müəllim, tələbə və məzun heyəti ilə görüşün açılış nitqini edən Qafqaz Siyasi Analiz Mərkəzinin (CPAC) direktoru Əhməd Əlili tədbirin mahiyyəti haqda məlumat verib, tədbirin təşkil edilməsində iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına minnətdarlıq bildirib.

Görüş zamanı cənab səfir “Dəyişən regional mühitdə AB-Azərbaycan münasibətləri” mövzusunda mühazirə ilə çıxış edib; Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müasir durumu, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın AB İnstitutları ilə birgə fəaliyyəti, AB-Azərbaycan qarşılıqlı münasibətlər dinamikası, tərəflər arasında əməkdaşlığın perspektivləri mövzularına toxunulub.

Çıxışdan sonra cənab səfir bu mövzularla maraqlanan akademik dairələrin təmsilçiləri, tədqiqatçıları və tələbələrin suallarını cavablandırıb.

Tarix
2019.06.27 / 16:55
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla