Yuxarı

Həyatımı Mehriban Əliyevaya borcluyam – Xalq artisti

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tam sağalandan və Bakıya qayıdandan sonra yenidən sənətimə davam edəcəm. İlk olaraq Heydər Əliyev Sarayında millətimin qarşısında hesabat konsertini verməyi planlaşdırıram.

Kult.az xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan xalq artisti, müğənni Yalçın Rzazadə deyib.

O, xəstəxanadan buraxılandan üç ay sonra sənətini davam etdirmək istədiyini bildirib.

Y.Rzazadə vurğulayıb ki, Türkiyədə müalicə aldığı xəstəxanada ona çox yüksək səviyyədə diqqət və qayğı göstərilir:

“Hazırda uzanmışam, sistem köçürülür. Özümü o qədər də yaxşı hiss etmirəm. Həkimlər də konkret olaraq heç nə demirlər. Ümumilikdə, müalicələrim yüksək səviyyədə həyata keçirilir. Əməliyyatdan sonra ilk dəfə gəzməyə başlamışam. Amma hələ ki, ayağa qalxıb yeriməyə halım yoxdur. Bu xəstəxanaya yerləşdirilən zaman məni ilk olaraq müayinə etməyə cəlb olunan həkimlər iki gün də geciksəydim, artıq hər şeyin gec olacağını bildirdilər. Buna görə də həyatımı Heydər Əliyev Fonduna, şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Prezident İlham Əliyevə borcluyam. Bu sözlər ürəyimdən gəlir deyə tam səmimiyyətimlə deyirəm. Mehriban xanımın ürəyi özündən böyükdür. Əgər Azərbaycana sağ-salamat qayıtsam, qalan bütün ömrüm boyu Mehriban xanıma borclu olacam. Mən artıq özümü tək hiss etmirəm, çünki məni qoruyan dövlətim var. Bu dövlətin etimadını hər zaman doğruldacam, dövlətimin mənə etdiyi yaxşılığı heç vaxt unutmayacam”.

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, xalq artistinin səhhəti ilə bağlı məsələləri fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Tarix
2019.07.30 / 14:18
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin mümkün görüşünə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla