Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Fevral 2020


Los-Anceles sinaqoqunda Azərbaycana dair təqdimat - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaqoqu olan Nessah Sinaqoqunda 17 avqust 2019-cu il tarixində Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib. 800-dən çox yəhudinin iştirak etdiyi tədbirdə sinaqoqun dəvətilə Los-Anceles Konsulluq Korpusunun duayeni (sədri), Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib.

Bu barədə Kult.az-a Los-Ancelesdəki Baş Konsulluqdan məlumat verilib.

Tədbiri giriş nitqi ilə açan Sinaqoqun baş ravvini Devid Şofet Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmaqdan böyük şərəf hissi keçirdiyini vurğulayıb. O, dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə təşəkkürünü çatdırıb. D.Şofet nə tarix boyu, nə də bu gün hər hansı anti-semitizmin olmadığı Azərbaycanı bütün yəhudilərin dostu adlandırıb.

Baş konsul N.Ağayev öz çıxışında Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi məkan, müstəqillik tarixi, sosial-iqtisadi inkişafı, uğurlu xarici siyasəti və multikulturalizm və tolerantlıq ənənələri, eləcə də Azərbaycan yəhudilərinin tarixi barədə ətraflı məlumat verib.

Baş konsul xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib. Multikulturalizmin bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurla həyata keçirildiyini söyləyən diplomat, Azərbaycan multikulturalizminin bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.

Bundan başqa, N.Ağayev Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrinin qurulduğunu və bu əlaqələrin müxtəlif sahələrdə ilbəil daha da genişləndiyini bildirib.

Qeyd edək ki, Los-Anceles İran və İsraildən kənarda ən çox İran yəhudisinin yaşadığı şəhərdir. Burada 60 minədək İran yəhudisi yaşayır.

Tarix
2019.08.21 / 10:28
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Xəzərdə faciə: 64 yaşlı qadın...

5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi

Bakıda polislər qadının həyatını belə xilas etdilər - Video

Bakıda azyaşlılara siqaret satanlar cərimələndi

"Bakı" restoranının yaxınlığında qumbara tapıldı

Bakıda dəhşətli qəza: ölənlər var - Video

Məşhur türk klipində “cırıq bayraq”: rejissor danışdı - Video

Piyada məsuliyyətsizliyinə görə baş verən qəzalar - Video

DİN-dən Zərdabdakı aksiya ilə bağlı - Açıqlama

Bakıda yaşayış binasındakı yanğınla bağlı yeni məlumat

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla