Yuxarı

Deputat tarixə düşən 100 qadını təqdim etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat tarixə düşən 100 qadını təqdim etdi - Foto

Tovuz rayonunun Qovlar şəhərində yerləşən Gənclər Evində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu “Tarixə adını yazan Qadınlar” üç cildliyinin yeni nəşrinin imza günü keçirilib.

Kult.az xəbər verir ki, millət vəkili kitabın məziyyətlərindən, orada haqqında yazılar verilmiş məşhur azərbaycanlı qadınlardan söz açıb.

O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında da danışıb:

“Biz çox şadıq ki, dünyanın ən tanınmış qadınları arasında bizim soydaşlarımız və çağdaşlarımız da var. Mehriban xanımın istər ölkə daxilində, istərsə respublikamızın hüdudlarını aşan humanitar fəaliyyəti, mədəniyyətə xüsusi qayğısı özlüyündə bir qürur mənbəyidir. Mədəniyyətlər və dinlərarası dialoq, idmanın və gənclər hərəkatının inkişafı, xüsusi qayğıya ehtiyacı olanlara şəfqətlə yanaşma, ədalətli sülhün, tolerantlığın təbliği, belə nümunələrin yaradılması sahəsində gördüyü böyük və önəmli işləri xüsusi vurğulamaq istəyirəm”.

Q.Paşayeva kitabında yer alan 100 qadın içərisində Azərbaycanın, türk və müsəlman dünyasının tarixdəki məşhur qadınları - Tomris, Sara xatun, Həzrəti Xədicə ilə bağlı məlumatlar olduğunu söyləyib.

Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Qənirə Paşayevaya belə bir ensiklopedik kitab yazdığına görə təşəkkür edib. İcra başçısı millət vəkilinin 100 qadın haqqında məqalələrinin hər birini özünəməxsus ştrixlərə, fərqliliyə malik portret yazısı adlandırıb.

Qardaş Türkiyənin tanınmış yazıçısı və jurnalisti Məryəm Aybikə Sinan çıxış edərək, kitabda türk dünyası qadınlarına geniş yer verilməsinin önəmini vurğulayıb.

Tədbirin sonunda Q.Paşayeva kitablarını imzalayaraq, tədbir iştirakçılarına hədiyyə edib.

Tarix
2019.08.28 / 11:58
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla