Yuxarı

Gəncə sakini torpaq üstündə qonşusunu qətlə yetirdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə sakini torpaq üstündə qonşusunu qətlə yetirdi

Gəncədə qətl hadisəsi baş verib.

Axar.az hadisə Kəpəz rayonunda, Depo qəsəbəsində qeydə alınıb.

Şəhər sakini Akif İsmayılov 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimovla torpaq üstə mübahisə edib. Mübahisədən sonra Akif İsmayılov özü ilə gətirdiyi qoşalülə ilə Z. Kərimovu güllələyib. Z.Kərimov aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

APA qətlin təfərrüatını əldə edib. Bildirilir ki, 30 yaşlı Zeynalabdin Kərimov sözügedən torpaq sahəsini yeni alıbmış və orda ev tikdirmək istəyirmiş. Mübahisəyə səbəb qonşusu Akif İsmayılovun onun 1 metr torpağını zəbt etməsi olub. Z. Kərimov bu gün hadisə baş verən həyətyanı sahəyə gələrək iş görmək istəyib. Bu zaman onların arasında mübahisə düşüb. A.İsmayılov onu güllələyəcəyi ilə hədələyib. Daha sonra həmin şəxs çölə çıxaraq həyətin qapısını bağlayıb, yaşadığı evdən tüfəngi gətirərək Z.Tağıyevə atəş açıb. Həyətin qapısı bağlı olduğundan Z.Tağıyev qaça bilməyib. Qonşuların sözlərinə görə, onların arasında əvvəllər mübahisə olmayıb.

Hadisəni törədən A.İsmayılov ovçu imiş. O, hadisədən sonra qətli törətdiyi tüfənglə bərabər polisə gedərək təslim olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Tarix
2019.10.12 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla