Yuxarı

Bələdiyyə sədrinin evinə silahlı basqın: saxlanılanlar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bələdiyyə sədrinin evinə silahlı basqın: saxlanılanlar var

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abdullayev və Sabirabad rayonunun Qaratəpə kənd sakini Fikrət İsgəndərov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, noyabrın 1-də Sabirabad rayonu ərazisindən quldurluq hadisəsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Dərhal Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 3 radələrində Qaratəpə kəndindəki evə girmiş maskalı şəxslər ev sahibəsinin ağzını yapışqanlı lentlə bağlamış, onunla birgə yaşayan bacısının isə əllərini və ağzını tutaraq pul vermələrini tələb etmişlər. Bu zaman digər ailə üzvləri səsə-küyə gəldiklərindən onlar istədiklərinə nail ola bilməyərək hadisə yerini tərk etmişlər.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilmişlər.

Baş Cinayət Axtarışı İdarəsi, Sabirabad RPŞ və Qaradağ RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini E.Abdullayev və Qaratəpə kənd sakini Fikrət İsgəndərov saxlanılmışlar.

Qeyd edək ki, evinə basqın edilən şəxs Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovadır.

Tarix
2019.11.11 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla