Yuxarı

Elməddinin MTRŞ sədrinə cavabı: Tənqid edirsinizsə...

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:52

Bu gün Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərrəmli yerli teleseriallarda Azərbaycan ailəsinin təhrif olunduğu və gülüş xatirinə həddindən artıq şişirtmələrə yol verildiyini bildirib. O, seriallarda insanların həyat tərzinin eybəcər formada əks olduğunu qeyd edərək, onların əksəriyyətinin gənc nəslin tərbiyəsinə mənfi təsir etdiyini vurğulayıb.

Məsələ ilə bağlı Kult.az-a danışan kinotənqidçi Sevda Sultanova bildirib ki, Nuşirəvan Məhərrəmlinin dediklərində müəyyən qədər həqiqət var.

“Bəzi seriallar gülüş yaratmaq üçün yersiz mübaliğə edirlər. Xüsusilə də kommersiya filmlərimizdə bu tendensiya güclüdür. Lakin Nuşirəvan müəllim qədər əminliklə deyə bilmərəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Ümumiyyətlə, “gənc nəslin tərbiyəsi” ifadəsini anlamıram. Gənc nəsil dedikdə hansı yaş kateqoriyası nəzərdə tutulur? Şəxsiyyət vəsiqəsi almış, səsvermə hüququ olan gəncin hələ də nəzarətə ehtiyacı varsa, demək ki, təhsildə, cəmiyyətimizdə, ailə institutumuzda ciddi problemlər var”, - tənqidçi deyib.

S.Sultanova onu da bildirib ki, aktyor ifasının süniliyi rejissorun aktyorla necə işləməsi ilə bağlıdır.

Ssenarist, aktyor Elməddin Cəfərov isə seriallarda bayağılığın aradan qaldırılması üçün dəstəyə və zamana ehtiyac olduğunu bildirib:

“Əvvəllər “Bacanaqlar” serialı ilə bağlı da tənqidlər var idi. Bu səbəbdən həmin serialın çəkilişini dayandırdıq. Hazırda başqa bir serial çəkirik və əvvəlki tənqidləri nəzərə alırıq. Amma ümumilikdə bu gün çəkilən serialların bəzilərində qüsurlar var. Əslində düşünürəm ki, bu qüsurlar bir qədər baxış tərzindən də asılıdır. Siz seriallara tərbiyəvi, önəmli material kimi baxırsınızsa, ssenaridə böyük qüsurlar olduğunu görəcəksiniz. Yox əgər əyləncə və gülmək üçün baxırsınızsa şişirdilmiş ssenarilərin olması normaldır.

Lakin qəbul etməliyik ki, bu problemlərlə yanaşı seriallarımızda texniki qüsurlar da var. Xaricdəki kimi keyfiyyətli seriallar çəkə bilmirik. Amma düşünürəm ki, bu problemlər zamanla aradan qaldırılacaq. Sadəcə bir az zaman vermək lazımdır. Tənqid etmək çox asandır, təklif edirəm ki, tənqiddənsə, bizə bilmədiklərimizi öyrətsinlər”.

Tarix
2019.11.14 / 16:37
Müəllif
Mahir, Nərmin
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla