Yuxarı

“TEAS Press” 5 yaşını qeyd edir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“TEAS Press” 5 yaşını qeyd edir

2014-cü ildən fəaliyyətə başlayan və hazırda ölkənin ən qabaqcıl nəşriyyat evinə çevrilən “TEAS Press” 5 yaşını qeyd edir.

Kult.az xəbər verir ki, bu illər ərzində nəşriyyat öz məhsullarının çap keyfiyyətinə və seçdiyi kitablara görə oxucuların etibarını və rəğbətini qazanmağı bacarıb. Hər zaman fərqli və zövqlü dizayn edilmiş kitabları ilə seçilən “TEAS Press” 5 il ərzində 700 addan çox kitab nəşr edib.

Elmi-kütləvi, bədii, tarixi, motivasiya, iqtisadiyyat və bir çox mövzularda kitablar çap edən nəşriyyatın “3 alma” və YAY adlı fərqli kitab markaları isə mövzu və yaş kateqoriyasına görə bir-birindən fərqlənir.

TEAS Press Nəşriyyatının digər üstünlüyü isə odur ki, xarici və yerli yazarların əsərlərini yalnız müəllif hüquqlarını almaqla nəşr edir. Bundan başqa, hüquqları alınmış xarişi nəşrləri orijinal dildən tərcümə etməklə “TEAS Press” ətrafına çoxlu sayda tərcüməçi, redaktor və korrektor toplaya bilib. Həmçinin, nəşriyyata məxsus bir sıra kitabların hüquqları xarici nəşriyyatlar tərəfindən alınaraq xarici ölkələrdə nəşr olunur.

Ölkə başçısı cənab İlham Əliyevin kitaba və mütaliəyə hər zaman göstərdiyi diqqət və qayğını əsas götürən “TEAS Press” daima müxtəlif tədbirlər, imza günləri və kitab təqdimatları keçirməklə ölkədə mütaliənin təbliğinə az da olsa öz töhfəsini verməyi qarşısına məqsəd qoyub.

Tarix
2019.11.15 / 13:28
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla