Yuxarı

Yeni mərkəz yaradıldı: hansı işləri görəcək? – Müsahibə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-də Türkiyə Ali Təhsil Şurasının (Yüksek Öğretim Kurulu-YÖK) sədri professor Yekta Saraç Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Araşdırmaları Mərkəzinin açılışını edib.

Kult.az yeni açılan mərkəzin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aynur Beşkonakla müsahibəni təqdim edir:

- Aynur xanım, ADU-da fəaliyyət göstərən mərkəzlərə Türkiyə Araşdırmaları Mərkəzinin əlavə olunması bu təhsil ocağının elmi-pedaqoji həyatı, eyni zamanda beynəxalq əlaqələri üçün əlamətdar hadisədir. Xüsusən, mərkəzin YÖK sədri, professor Dr. Yekta Saraç tərəfindən açılması ADU-ya xüsusi münasibətin göstəricisidir. Bütün bunlarla bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Dillər Universiteti son illərdə böyük uğurlar qazanıb. Universitetin elmi-pedaqoji həyatı günü-gündən inkişaf edir, beynəlxalq əlaqələri genişlənir. Son vaxtlarda ADU-ya gələn qonaqların sayı, imzalanan müqavilələr, beynəlxalq mübadilə proqramlarında iştirak bunun bariz nümunəsidir. Ölkəmizin elm həyatında saysız-hesabsız nailiyyətlərə imza atan universitetimiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi ilə bərabər, bir çox qiymətli elm adamlarını da qonaq edib. Maria Elizabetta Alberti Kasellati, Aleksandr Vuçiç, Buyar Nişani, Mövlud Çavuşoğlu, Jolt Çutora, Herman Van Rompuy, Vidiadxar Suracpasad Naypol, Aleksey Konstantinoviç Puşkov, Devid Harris kimi alimlərə və dövlət xadimlərinə universitetimiz tərəfindən Fəxri doktorluq adı verilib.

Növbəti Fəxri doktorumuz Türkiyənin Ali Təhsil Şurasının sədri, professor Dr. Yekta Saraç oldu. Bu, bizim üçün böyük şərəfdir. Professor Y. Saraç Azərbaycanla Türkiyə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində, həmçinin təhsil, mədəniyyət və elm istiqamətində əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə universitetimizin Fəxri doktoru adına layiq görülüb. Qeyd etdiyiniz kimi, Y.Saraç universitetimizdə Türkiyə Araşdırmaları Mərkəzinin açılışını etdi. Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə birlikdə mərkəzin açılışını edən Y.Saraç və digər qonaqlar ortaq dəyərlərin qarşılıqlı öyrənilməsi və araşdırılmasının vacibliyini qeyd etdilər. Mərkəzin məhz onun iştirakı ilə açılması bizim üçün böyük qürurdur, universitetimizin həyatı üçün əlamətdar hadisədir.

- Türkiyə Araşdırmaları Mərkəzi gələcək fəaliyyətini hansı istiqamətdə quracaq?

- Əsas məqsəd Türkiyə Cümhuriyyətinin tarixi, mədəniyyəti, ədəbiyyatı, iqtisadiyyatı istiqamətində araşdırmalar aparmaq, ölkənin dilinin və mədəniyyətinin universitetimizdə fərqli etnik köklərə sahib ADU tələbələrinə daha yaxından tanıtmaq və tədris etməkdir. Mərkəzimiz bununla yanaşı, hədəf olaraq bir neçə istiqaməti müəyyənləşdirib. Məsələn, mərkəzimizin təmsil etdiyi Türkiyə ilə müvafiq sahələrdə əlaqələrin inkişafına dəstək olmaq, Türkiyə ali təhsil müəssisələri və tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması və mövcud əlaqələrin genişləndirilməsi, ölkənin təhsil, mədəniyyət, incəsənət sahəsindəki nümayəndələrini universitetimizə dəvət etmək, onların universitetimizdə keçirilən konfranslarda iştirakını təmin etmək, eyni zamanda ADU əməkdaşlarının Türkiyədəki konfranslarda iştirakını istiqamətləndirmək. Bura əlbəttə, müəllim, tələbə və işçi heyətinin mübadiləsini müəyyən layihələr çərçivəsində həyata keçirmək də daxildir. Vacib istiqamətlərimizdən bir qismi də Azərbaycanda təhsil alan Türkiyə vətəndaşları ilə sıx əlaqələr qurmaq, Türkiyənin özəl günlərini qeyd etmək, mətbuatda mərkəzin fəaliyyəti ilə bağlı çıxış etməkdir.

- Mərkəz ortaq layihələr olaraq hansı istiqamətləri özü üçün müəyyənləşdirib?

- Ortaq layihələr çərçivəsində Türkiyə ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahəsindəki əməkdaşlığın inkişafı istiqamətində çalışmaları hədəfləyən mərkəzimiz ortaq mədəni mirasların tədqiqi sahəsində də faydalı əməkdaşlıqlar quracaq. Çünki tarix, mədəniyyət və soy baxımından iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasındakı münasibət müstəsna bir özəlliyə sahibdir və bu iki mədəniyyətin, tarixin birgə araşdırılması nəticəsində daha dolğun və faydalı nəticələrə nail olacağına ümid edirik. Mərkəzimizin digər önəmli layihəsi Azərbaycan multikulturalizminin Türkiyədə tanıdılması və tədris edilməsidir.

- Türkiyə Araşdırmaları Mərkəzi elm sahəsinə hansı töhfələri verə bilər?

- Elmin, biliyin məbədi sayılan ali təhsil ocaqları həm yönəltdikləri topululuqla, həm də aid olduqları dünyayla ahəng halındadır - dünyadan aldıqlarını cəmiyyətə verməklə hökmlüdür. Bu hökm dünyadakı elm, bilimlə qarşılıqlı bir tarazlıq içindədir və bir ali təhsil ocağının, elm və araşdırma mərkəzlərinin dünya ilə ahəng içində ola bilməsi təhsil, akademik iş və qarşılıqlı araşdırmalarla mümkündür. Mərkəzimizin eyni etnik-mədəni dəyərlərə sahib Türkiyə-Azərbaycan elmi istiqamətləri üçün faydalı olacağını düşünürük.

- Yekta Saraç ADU-dakı çıxışında aldığı Fəxri doktor təltifi və mərkəzin fəaliyyəti haqqında öz təəssüratlarını da bölüşdü…

- O, ilk növbədə bu təltifə görə Prezident İlham Əliyevə, Təhsil naziri Ceyhun Bayramova, ADU-nun rektoru Kamal Abdullaya təşəkkürünü bildirdi.

Yekta Saraç ona verilən adın daşıdığı məsuliyyətə xüsusi diqqət çəkərək onu da qeyd etdi ki, Türkiyə Ali Təhsil Şurasının sədri kimi ADU ilə Türkiyə universitetlərinin əlaqələrinin daha da möhkəmdirilməsinə xüsusi diqqət ayıracaq.

Tarix
2019.11.28 / 17:45
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla