Yuxarı

Məktəbli alternativ Nobel mükafatına layiq görüldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlim müdafiəsi uğrunda tətil hərəkatının yaradıcısı kimi dünyada məşhurlaşan isveçli məktəbli Qreta Tunberq 2019-ci ilin “Düzgün həyat tərzi” (Right Livelihood Award) beynəlxalq mükafatına layiq görülüb. Mükafat ətraf mühit və insan hüquqları sahələrində fəaliyyətə görə təqdim olunur və alternativ Nobel mükafatı hesab edilir.

Kult.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb.

“Düzgün həyat tərzi” mükafatına layiq görülməyim mənim üçün inanılmaz bir şərəfdir”, - deyə ekofəal Tvitter hesabında yazıb.

Tunberqdən əlavə bu il mükafata Qərbi Saxaradan olan insan hüquqları müdafiəçisi Aminatu Haydar, çinli hüquqşünas Qo Tsyanmey və Braziliyanın yerli əhali hərəkatının lideri Davi Kopenava layiq görülüblər.

Tarix
2019.12.05 / 12:27
Müəllif
Vüsal Cəfərov
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla