Yuxarı

Ramiz Mehdiyev tanınmış alimin vida mərasimində

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Mehdiyev tanınmış alimin vida mərasimində

12:29

Akademik Bahadır Tağıyevlə vida mərasimi keçirilir.

Kult.az xəbər verir ki, vida mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ziyalılar, elmi ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub. O, 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fizika ixtisası üzrə bitirib. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayıb, bu elmi müəssisədə aspirant, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olub, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.

Bahadır Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Fizik alim tərəfindən müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilmişdir. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilib, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanıb. Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınıb, Bakı “Azərelektrik işıq” İstehsalat Birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunub. O, 350 elmi məqalənin, o cümlədən 40-a yaxın müəllif şəhadətnaməsi və patentin müəllifi idi. Alimin rəhbərliyi altında 30 fəlsəfə və 10 elmlər doktoru yetişdirilib.

Akademik B.Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, “Şərəf nişanı”, “Şərəfli əməyə görə” medalı, Dövlət Mükafatı laureatı və “Şöhrət” ordeninə layiq görülüb.

Qeyd edək ki, B.Tağıyev bu gün 86 yaşında dünyasını dəyişib.

Tarix
2020.01.07 / 15:02
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident: Azərbaycan bölgədəki vəziyyətdən narahatdır

İlham Əliyev İranın müdafiə nazirini qəbul etdi - Foto

Bakı separatçı-terrorçulara hökm oxudu - Rusiyadan ilk reaksiya

Əliyev güclü liderdir, çalışacaq ki, İran... - Mixaylov

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla