Yuxarı

“Ərəblərin qabağında bir yumruq qoydum...” – Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ərəblərin qabağında bir yumruq qoydum...” – Video

Əməkdar artist Bəhram Bağırzadə ərəb turistlərə azərbaycanlı bir xanımı göstərərək, ona qarşı əxlaqsız hərəkət edən bir şəxsi döyməsindən danışıb.

Kult.az xəbər verir ki, Yutubda yayımlanan Murad Arifin aparıcısı olduğu verilişin qonağı olan əməkdar artist ərəb turistlərin Bakıda etdikləri hərəkətlərdən danışıb. B.Bağırzadə bildirib ki, ərəb turistlərin bu gün Bakıda Azərbaycan qadınlarına qarşı əxlaqsız münasibətinin günahkarı elə özümüzük:

“Ərəblər gəlirlər Bakıya, “Tarqovı”da gəzişirlər və nalayiq hərəkətlər edirlər. Bu, heç bir azərbaycanlı kişisinin xoşuna gəlmir. Əgər kimsə bunu qəbul edirsə, bu onun problemidir, mən bunu götürə bilmirəm. Əgər ərəblər gəlib özlərini burada pis aparırlarsa, deməli, biz günahkarıq. Deməli, biz o səviyyəyə gətirib çatdırmışıq ki, onlar bizim azərbaycanlı qadınlarımıza sataşırlar.

Bizim azərbaycanlı kişilər də Rusiyaya gedəndə özlərini Azərbaycandakı ərəblər kimi aparmasınlar. Çünki biz indi ərəblərə hansı gözlə baxırıqsa, bizim kişilərə də Rusiyada o cür baxırlar. İctimai qınaq olmalıdır bu məsələdə”.

B.Bağırzadə məhz bu məsələ üstündə şəhərdə bir nəfəri necə döydüyünü də deyib:

“İfadəmə görə üzr istəyirəm, keçən dəfə birinin çənəsinə birini qoydum. Həmin azərbaycanlı kişi, kül onun kişi başına, milli geyimdə olan bir azərbaycanlı qızı ərəb turistlərə göstərib danışırdı, turistlər də gülürdü bizim xanıma. Mən bunu kənardan görüb dözmədim, elə ərəblərin yanında cumdum onun üstünə və çənəsindən birini qoydum. Düzdür, bundan sonra problemlərim yarandı, ancaq mən bunu etdim”.

Tarix
2020.01.25 / 15:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı, Sumqayıt, Gəncə və Qarabağ... - Paşinyan

Bayramov Rusiyaya gedəcək - Səfər tarixi...

Sabir Rüstəmxanlı və xanımı PA-da - Görüş keçirildi

Britaniyanın yeni səfiri Bakıda - Video

Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq?

İlham Əliyev Kavelaşvilini təbrik etdi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

AXC-nin yaradılması dövlətçilik tariximizdə... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla