Yuxarı

Həbs olunan sədr Brilyant Dadaşovanın bacısını aldadıbmış

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbs olunan sədr Brilyant Dadaşovanın bacısını aldadıbmış

Bakıda dələduz tikinti şirkəti "RUM" MTK rəhbəri tanınmış müğənnini də aldadıbmış.

Axar.az-ın araşdırması zamanı məlum olub ki, 2005-ci ildə tikinti şirkətindən mənzil alan xalq artisti Brilyant Dadaşovanın müğənni bacısı Lalə Dadaşova da fırıldağın qurbanlarındandır.

Tanınmış müğənni hələ 2012-ci ildə mətbuata danışıb ki, Brilyant Dadaşovanın həyat yoldaşı ilə birlikdə müqavilə bağlamağa gedib:

"Brilyant хanımın yoldaşını da götürdüm ki, aldatmaq söhbəti olmasın. O da baхdı, insanlarla tanış oldu. 2005-ci ilin martında müqavilə bağladıq. Kvadratı 300 dollardan biz də özülə girdik. Amma dedilər ki, tikiləndən sonra kvadratı çoх baha olacaq, haradasa 400-500 manat. Mən tanınmış müğənni olduğum üçün kvadratın qiymətini 300 manata saldılar.

Binanın komendantı İman Hüseynova 100 kvadrat metr üçün 30 min sayıb verdik. Bu günə kimi mən kirayə mənzildə yaşayıram. Çünki o qədər pulu öz yaşadığım evimi satıb vermişdim. Yoхsa mənim üçün o qədər pul haradan idi? "RUM" MTK şirkəti tərəfindən aldadıldım. Evi təhvil vermədilər".

Baş Prokurorluqdan verilən məlumata görə, "RUM" MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı İman Hüseynovun "RUM" MTK-nın direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsi üzə çıxıb. Belə ki, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində vəsaitin özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2015.02.18 / 16:35
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla