Yuxarı

Avropanın tarixini dəyişən türk – 10 fakt

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Osmanlı İmperiyasının və ümumilikdə türk tarixinin ən qüdrətli hökmdarlarından Fateh Sultan Məhmədin (II Məhməd) doğum günüdür.

Kult.az Fateh Sultan Məhmədlə bağlı maraqlı faktları təqdim edir:

1. Fateh Sultan Məhməd 1432-ci ildə, o dövrdə Osmanlı dövlətinin paytaxtı olan Ədirnədə dünyaya gəlib. O, II Muradın Hüma xatundan olan oğlu idi. Bəzi mənbələrdə Hüma xatunun qeyri-müsəlman əsir (kölə) qızı olduğu yazılır.

2. II Məhməd Ağ Şəmsəddin kimi dövrünün məşhur sufi alimindən dərs alıb. O, yunаn, itаlyаn, frаnsız, ərəb və fаrs dillərini bilirdi.

3. Fateh Sultan Məhməd dövrünün top mütəxəssislərindən hesab olunur. Onun hazırladığı top sxemləri əsasında italyan top mütəxəssisi o vaxtın ən böyük topunu - “Şahi”ni ərsəyə gətirib. Bu toplar daha sonra İstanbulun fəthində istifadə edilib və şəhərin dördqat qala divarlarının aşılmasında mühüm rol oynayıb.

4. 1453-cü ilin 29 may tarixində Osmanlı sultanı II Məhməd Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopolu fəth edib. Bu fəth Osmanlı dövlətini imperiyaya çevirib. Eyni zamanda, Bizans İmperiyasını tarix səhnəsindən silib.

5. Qurani-Kərimin Əl-Fəth (Fəth) surəsinin 3-cü ayəsində “Konstantinopol (İstanbul) mütləq fəth ediləcəkdir. Onu fəth edən əmir (komandir) nə gözəl əmirdir” deyə buyurulub. 1453-cü ildə Fateh Sultan Məhməd İstanbulun fəthi ilə Quranda adı çəkilən əmir olduğunu təsdiq etmiş oldu.

6. II Məhməd İstanbulu fəth etdikdən sonra Avropaya gedən Bizans maarifçiləri burada Rеnеssаns dövrünü başladıblar.

7. Sultan Məhməd ilə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, dövlət xadimi Sara Xatunun arasında yaşanmış diplomatik müzakirə dövrün önəmli hadisələrindən hesab olunur. Görüş zamanı onlar bir-birilərinə “ana-oğul” deyə müraciət edirlər. Sara Xatun Osmanlı sultanını Ağqoyunlular üzərinə hücuma keçmək fikrindən daşındırır.

8. Fateh Sultan Məhməd 30 illik hakimiyyəti dövründə 2 impеrаtоrluğu, 4 krаllığı, 6 prinsliyi, 4 əyаləti tutаrаq, 17 dövləti dünyа xəritəsindən silib.

9. II Məhmədin ölüm xəbəri Qərbdə, xristiаn dünyаsında böyük bayram kimi qeyd edilib. Bununla bağlı dini аyinlər, şənliklər keçirilib.

10. Fateh Sultan Məhməd 3 mаy 1481-ci ildə şərqə yürüşə çıxdığı zаmаn xəstələnib və həkimlərin vеrdiyi məhlulu içib. Sonradan kimyаgərlər Fаtеhin zəhərlənərək öldürüldüyünü bildiriblər.

Tarix
2020.03.30 / 17:47
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla