Yuxarı

Qəzada ölən müğənni dəfn edildi - Açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzada ölən müğənni dəfn edildi - Açıqlama

Paytaxtın Binəqədi rayonunun C.Xəndan küçəsində avtomobil vurması nəticəsində vəfat edən müğənni Müşərrəf Verdiyevanın (Banu) ölümü ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Hadisə ilə bağlı Kult.az-a açıqlama verən mərhumun yaxın rəfiqəsi, müğənni Nəfəs bildirib ki, avtomobil Müşərrəf Verdiyevanı ötən gün günorta saatlarında vurub:

“Hadisə dünən günorta saatlarında evinin yaxınlığında baş verib. Zərbənin nəticəsində başı yerə dəydiyi üçün ölüb. Mən hadisədən axşam xəbər tutdum. Eşidən kimi onun aparıldığı morqa getdim. Lakin içəri buraxmadıqları üçün görə bilmədim onu”.

Müğənni bildirib ki, dəfn mərasimi bu gün günorta saatlarında Şamaxıda baş tutub:

“Banu Şamaxıda, elə anasının yanında dəfn edildi. Karantin rejimi ilə əlaqədar dəfndə iştirak edə bilmədim”.

Qeyd edək ki, Binəqədi rayonunun C.Xəndan küçəsində Göyçay rayon sakini Sabit Salmanovun idarə etdiyi “Opel” markalı avtomobil yolu keçən Banu adı ilə tanınan müğənni Müşərrəf Verdiyevanı vurması nəticəsində sonuncu dünyasını dəyişib.

Tarix
2020.04.16 / 18:07
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla