Yuxarı

Rusiyada azərbaycanlı vəhşicəsinə öldürüldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində şirkət rəhbəri 33 yaşlı Azərbayan vətəndaşını qətlə yetirib.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə şəhərin Vıborq rayonunda baş verib.

Ötən gün - mayın 23-də kommersiya firmasının direktoru təcili yardıma zəng vurub və xəbər verib ki, onun Asafyev küçəsindəki mənzilində bıçaqla öldürülmüş kişi meyiti var. Tibb işçiləri ilə birlikdə hadisə yerinə polislər də gəlib. Mənzildə Azərbaycan vətəndaşının döş qəfəsində kəsilmiş-deşilmiş yaralar, başında şiş olan meyiti aşkarlanıb.

Həmin gün biznesmen qətli törətdiyini etiraf edib. Tikinti-montaj fəaliyyəti ilə məşğul olan firmanın rəhbəri deyib ki, az əvvəl mənzilində qəfildən başlamış mübahisə zəminində azərbaycanlını qətlə yetirib. Müstəntiqlər qətlə yetirilən şəxsin dişlərinin sındırıldığını da müəyyən ediblər və hadisə yerindən onun 7 sınmış dişini, habelə cinayətdə istifadə olunan bıçağı tapıblar.

Xəbər verilir ki, hadisəni törədən biznesmen 2000-ci ildə qanunsuz silah-sursat saxlamağa görə cinayət məsuliyyətinə cəlb olunub, lakin onun barəsində işə xitam verilib. 2020-ci ilin martında isə direktordan oğurluq işi üzrə cinayət işi çərçivəsində başqa yerə getməmək barədə iltizam alınıb.

Tarix
2020.05.24 / 22:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla