Yuxarı

Tarixi abidə zibillik içində: nazirlikdən reaksiya – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi abidə zibillik içində: nazirlikdən reaksiya – Foto

Bakının Maştağa qəsəbəsindəki XVII-XVIII əsrlərə aid “Qum hamamı” baxımsız vəziyyətdə qalaraq zibilxanaya çevrilib.

Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar paylaşılıb. Görüntülərdə zibilxanaya çevrilən tarixi abidənin bir hissəsinin torpağın altında qalması əks olunub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, hamamın olduğu əraziyə zibil tökülməməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq olunub, onlarla maarifləndirici söhbətlər də aparılıb:

“Tarixi abidə əvvəllər də bir neçə dəfə zibildən təmizlənib, ətrafda yaşayan insanlara məlumat verilib. Buna baxmayaraq, yenə də zibil tökürlər. Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Yaxınlıqda zibil qutularının qoyulması üçün icra hakimiyyətinə də, bələdiyyəyə də müraciət olunub”.

Qurum rəsmisi onu da bildirib ki, hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tarixi abidənin yerləşdiyi ərazidədir:

“Bələdiyyə və icra nümayəndəsi də əraziyə dəvət olunub. Artıq hamamın təmizlənməsi işlərinə başlanılıb. Günün sonunadək yaxınlıqda zibil qutuları da qoyulacaq. Həmçinin abidənin bərpa olunması məsələsi də gündəmdədir”.

Tarix
2020.07.10 / 14:54
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla