Yuxarı

Bəstəkarın qəbrini köçürüb, göydələn tikmək istədilər...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəstəkarın qəbrini köçürüb, göydələn tikmək istədilər...

Teatrşünas Anar Bürcəliyev və Gəncədən bir neçə başqa ziyalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi mənə müraciət edərək, əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin yerləşdiyi ərazinin hasara alındığını bildirmiş, məzarın ərazidən köçürüləcəyi və yerində çoxmərtəbəli bina tikiləcəyi ilə bağlı xəbərlərdən narahatçılıq ifadə etmişdi.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva qeyd edib.

O deyib ki, ziyalıların bu narahatlığını bölüşərək, Mədəniyyət komitəsi adından əlaqədar orqanlara, o cümlədən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Niyazi Bayramova rəsmi müraciət göndərib:

“Müraciətdə ölməz “Cücələrim”in müəllifi Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin yerləşiyi ərazidə ziyalıların da bildirdiyi kimi, çoxmərtəbəli yaşayış binası deyil, tam əksinə, tematik bir parkın olmasının qədim Gəncəmiz, bütövlükdə ölkəmiz üçün daha önəmli olması ilə bağlı fikirlərimizi qeyd etdik. Bu gün aldığım məlumata görə, Niyazi müəllim ziyalıların, şəhər sakinlərinin narahatlığına son qoyulacağını bildirib. Eyni zamanda birmənalı şəkildə deyib ki, görkəmli sənətkarın məzarı köçürülməyəcək və o ərazidə çoxmərtəbəli bina tikintisinə imkan verilməyəcək. Və Qəmbər Hüseynlinin məzarı öz yerində qalmaqla ziyalıların da istəyinə uyğun olaraq, sözügedən ərazidə uşaqlar üçün tematik park yaradılacaq.

Ölkə və şəhər əhəmiyyətli məsələlərdə ziyalıların, Gəncə sakinlərinin mövqeyinin dinlənilməsi çox müsbət hadisədir. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, ictimai nəzarət çox vacibdir və ümumi işin xeyrinədir.

Fürsətdən istifadə edib, öz dəyərlərinə yiyə duran, haqlı səsini ucaldan ziyalılarımıza və onların səsinə səs verən İcra Hakimiyyəti rəhbərliyinə təşəkkür edirəm”.

Tarix
2020.07.28 / 17:42
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiyanın Azərbaycan vasitəsilə İrana yardımı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla