Yuxarı

Kür yenə quruyur

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kür yenə quruyur

Salyan və Neftçala rayonları ərazisində Kür çayında suyun səviyyəsinin aşağı düşməsi vəziyyəti daha da gərginləşdirib.

Axar.az Report-a istinadən xəbər verir ki, avqustun 29-dan etibarən Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə azalmağa başlayıb. Bəzi günlər 25-30, hətta 50 santimetr azalmalar müşahidə olunub. Azalmalar nəticəsində çayda suyun səviyyəsi 3 metr aşağı düşüb. Nəticədə Kürün müxtəlif ərazilərində irili-xırdalı adalar üzə çıxıb.

Kürətrafı quraşdırılmış dayanıqlı və üzən su nasos stansiyalarının məhsuldar işləməsində çətinliklər yaranıb. Bu da öz növbəsində əkin sahələrinin suvarılmasına ciddi təsir göstərib.

Çayda suyun səviyyəsinin minimum həddən də aşağı olması Neftçalada vəziyyəti yenidən gərginləşdirib. Artıq dəniz suyu Kürə qarışıb, nəticədə çayın rayonun Bankə qəsəbəsi ərazisindən keçən hissəsinədək suyu şorlaşıb. Mütəxəssislərin fikrincə, çayda azalmalar belə davam edərsə, hər iki rayonda vəziyyət daha da çətinləşə bilər.

Xatırladaq ki, avqustun sonlarında respublika ərazisində intensiv yağışların yağması nəticəsində Kürün Salyan və Neftçala ərazilərindən keçən hissəsində çayda suyun səviyyəsi 2 metrdən çox qalxmışdı. Çayda axım sürətli olduğundan şorlaşmış su dənizə axıdılmış, Neftçalada vəziyyət normal hala düşmüşdü.

Tarix
2020.09.16 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla