Yuxarı

Abşeronda binada yanğın: sakinlər təxliyə edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda binada yanğın: sakinlər təxliyə edildi

2020.11.29. 19:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Axar.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın şaxtasında elektrik naqilləri və sayğaclar yanıb. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təhlükəsiz əraziyə çıxarılıb. Yanğın söndürülüb.

***

Abşeron rayonunun Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisindən 13-cü mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 39 p.m, mərtəbələrin pilləkən qəfəslərində quraşdırılan 52 ədəd elektrik sayğacı və zirzəmisində ümumi sahəsi 150 m² olan mebel sexinin giriş qapısı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.

Yanğın zamanı 37 nəfər bina sakini (onlardan 7 nəfəri azyaşlıdır) yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Sayğacların qalan hissəsi, mənzillər və mebel sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix
2020.11.30 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

Somalinin "Somaliland" bölgəsinin tanınması... - XİN

Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...

Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı...

Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın

Kreml AZAL-a görə addım atmadı: Əgər sübutumuz varsa...

1891, ermənilərin milli geyimi bu cür olub - Foto

Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla