Yuxarı

DİN-dən özünə xəsarət yetirib ölən şəxslə bağlı məlumat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən özünə xəsarət yetirib ölən şəxslə bağlı məlumat

May ayının 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək, tanışı Arzu Cabbarov tərəfindən təhqir olunaraq döyüldüyünü bildirib və kömək istəyib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Regional Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrkən həmin qadın ilə A.Cabbarovun mübahisəni davam etdirklərini gördükdə, vətəndaş A.Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıb.

Lakin A.Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Arzu Cabbarov dərhal əməliyyat edilsə də, əməliyyatdan az sonra vəfat edib. Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindədir, araşdırmalar davam etdirilir.

Tarix
2022.05.08 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla