Yuxarı

Cüdo Federasiyasından Mehman Xəlilovla bağlı açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdo Federasiyasından Mehman Xəlilovla bağlı açıqlama

Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb.

ACF-dən Axar.az-a verilən məlumata görə, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo məşqçisi deyil.

Bildirilib ki, adıçəkilən mütəxəssis rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib: "Hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib".

Açıqlamada cüdo məşqləri zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlarına riayət etmələrinə və idmançılarının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verildiyi vurğulanıb:

"Cüdo məşqləri zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Bütün bu məsələlərə Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə birlikdə təşkil edilən məşqçilik kurslarında və seminarlarda xüsusi diqqət yetirilir".

Bildirilib ki, ACF tərəfindən 13 yaşa qədər uşaqların yarışlarında sağlamlığa xətər yetirə biləcək fəndlərin, xüsusilə başın yerə qoyulmasına səbəb ola biləcək fəndlərin istifadə olması qadağan edilib və məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti şəkildə tapşırıq verilib:

"Qadağan olunmuş fəndlərə "Ura-nage”, “Yoko-guruma”, “Yoko-otoshi”, “Tani-otoshi”, “Sode-tsurikomi-goshi”, “Tomoe-nage’’, “Makikomi” texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər aiddir. Həmçinin, hücum və ya əks hücum edərkən diz və ya dizlərdən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan olunub".

Azərbaycan Cüdo Federasiyası azyaşlı vəfatından dərindən kədərləndiyini bildirib və ailəsinə dərin hüznlə başsağlığı diləyib.

Tarix
2023.05.01 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla