Yuxarı

Lotu Yunus vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı məşhur qanuni oğru, “Lotu Yunus” ləqəbli Yunis Nəzərov bir neçə saat əvvəl vəfat edib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, qanuni oğru Qazaxıstanda dünyasını dəyişib.

Yunis Nəzərov bir neçə il əvvəl Rusiyadan deportasiya olunmuşdu. Azərbaycan vətəndaşı olan Y.Nəzərov 23 yanvar 1961-ci ildə anadan olub. Kriminal dairələrdə “Yunus Bakinskiy” və ya “Yunus Yasamalskiy” kimi tanınan titullu qanuni oğru cəzaçəkmə müəssisələrində 20 ildən çox həbsdə yatıb. “Qanuni oğru” adını da 1984-cü ildə alıb.

2008-ci ilin oktyabrında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində onu 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev balta ilə vurmuşdu. Sağ qalsa da, irəliləyən illərdə bu ağır xəsarət onun səhhətində ciddi problemlər yaratmışdı, o əl əsası ilə gəzirdi. Bildirilir ki, 'Lotu Yunus'un son illər Azərbaycana gəlməsi də problemli olub. Onun bir oğlu olduğu deyilir.

Tarix
2023.09.22 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla