
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
10:00
Ana səhifə Hadisə |
![]() ![]() ![]() ![]() |
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hadisə zamanı "Mersedes" markalı avtomobillə VAZ 2107 markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən "Mersedes" yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardımın köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Tarix
2023.10.02 / 19:57
|
Müəllif
Axar.az
|