Yuxarı

Meyxanaçının olduğu maşın partladı: 3 nəfər yanıb, öldü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucarda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Axar.az Baku.tv-yə istinadən hadisə oktyabrın 21-də axşam saatlarında rayonun Alpout kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ucarın Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi "Pejo" markalı avtomobil qarşıdan gedən "KamAZ”a çırpılıb. Bindan sonra "Pejo" markalı avtomobil tamamilə yanıb.

Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri, 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev yanaraq ölüblər. Digər sərnişin, 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

"Gəlirdik, yolda gördük ki, maşın alışıb. Əlimizdən gələn köməyi etdik. İlk olaraq uşaqlar təcili tibbi yardımı çağırdılar. Biz də üç nəfəri çıxartdıq, axırıncı yaşlı qadını çıxarandan sonra maşın partladı", - hadisə şahidi deyib.

Bildirilib ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.

Tarix
2024.10.22 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla