Yuxarı

Bavariyada bıçaqlı hücum: ölü və yaralılar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bavariyada bıçaqlı hücum: ölü və yaralılar var

Almaniyanın Bavariya əyalətindəki Aşaffenburq qəsəbəsində bıçaqlı hücum nəticəsində ölən və xəsarət alanlar var.

Axar.az xəbər verir ki, qəsəbənin mərkəzindəki parkda aralarında azyaşlıların da olduğu bir qrup şəxs bıçaqlı hücuma məruz qalıb. Hadisə nəticəsində iki nəfər, o cümlədən iki yaşlı uşaq həlak olub. Ölənlərdən digərinin isə hücuma mane olmağa çalışan yoldan keçən 41 yaşlı şəxs olduğu bildirilir. Hücum nəticəsində bir neçə nəfər də xəsarət alıb. Onların arasında uşaqlar da var.

Polis hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı əfqan miqrantı saxlayıb. Psixi problemləri olduğu müəyyən edilən həmin şəxs qanlı hadisəni törətdikdən sonra qaçmağa çalışarkən yaxalanıb.

Polis hücumla bağlı araşdırmalar aparır.

Qanlı hadisənin törədildiyi Şöntal parkı oğurluq və hücum hallarının tez-tez baş verməsi ilə əlaqədar təhlükəli ərazi hesab olunur.

Tarix
2025.01.22 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla