Yuxarı

Dəhşətli qəza: İH məmuru və ailəsinin 3 üzvü öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli qəza: İH məmuru və ailəsinin 3 üzvü öldü

2025.01.29 - 23:48

Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralılar var.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşaraq yolun kənarındakı kollektora düşüb.

Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.

Hazırda əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub.

Məlumata görə, “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb.

Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.

Qeyd edək ki, A.Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.

Tarix
2025.01.30 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla