Yuxarı

20 gün sonra toyu olacaqdı, qəzada öldü - Dəhşətli faciə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 gün sonra toyu olacaqdı, qəzada öldü - Dəhşətli faciə

19:47

Goranboy rayonunda bir nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, Goranboy-Ağcakənd avtomobil yolunun Zeyvə kəndindən keçən hissəsində Səfikürd kənd sakini 2003-cü il təvəllüdlü Məhəmməd Talıb oğlu Bayramovun idarə etdiyi VAZ 2107 avtomobil Qaradağ rayonunda qeydiyyatda olub Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 1995-ci il təvəllüdlü Vahid Mobil oğlu Hüseynzadənin idarə etdiyi PİKAP markalı maşınla toqquşub.

Qəza nəticəsində VAZ 2107 markalı avtomobilin sürücüsü Məmməd Bayramov ölüb. Həmin maşında olan digər sərnişinlər - Səfikürd kənd sakinləri 2001-ci il təvəllüdlü Mehman Aydın oğlu Allahverdiyev, həmyaşıdı Uğur Ceyhun oğlu Babayev və Məftun Namiq oğlu Allahyarov müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. PİKAP markalı avtomobildə olan V.Hüseynzadə və sərnişinlər - 1980-ci il təvəllüdlü Samir Hacıbabayev, 1971-ci il təvəllüdlü Zəminə Qasımova müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, qəzada dünyasını dəyişən Məmməd Bayramov nişanlı idi, 20 gün sonra toyu olacaqdı.

Tarix
2025.02.09 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla