Yuxarı

FİFA və Argentinaya ittihamlar: Pullar hara köçürülüb?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FİFA və Argentinaya ittihamlar: Pullar hara köçürülüb?

Fransalı jurnalist Romen Molina Beynəlxalq Futbol Federasiyası (FİFA) və Argentina Futbol Assosiasiyasına (AFA) qarşı bir sıra ittihamlar irəli sürüb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “The Touchline” X sosial şəbəkəsində məlumat yayıb.

Molinadan alınan məlumata görə, FİFA beş idmançı tərəfindən cinsi zorakılıqda ittiham olunan Argentina qadın gənclər komandasının keçmiş məşqçisi Dieqo Quaçiyə qarşı aparılan istintaqı dayandırıb. İşin bağlanmasına səbəb kimi sübutların çatışmazlığı göstərilir.

Jurnalist öz araşdırmasında iddia edir ki, Argentina yığmasının 2022-ci ildə dünya çempionatındakı qələbəsinə görə almalı olduğu mükafat pulları AFA-ya deyil, hazırda fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə FTB tərəfindən istintaq olunan “Mayami” şirkətinə köçürülüb.

Molina həmçinin qeyd edir ki, FİFA-nın yüksək vəzifəli məmurları Cənubi Amerika futbolunun liderləri ilə sıx əlaqələrə malikdirlər ki, bu da Cənubi Amerika Futbol Konfederasiyasının təsirinin artmasına gətirib çıxarır.

Argentina 2026-cı il dünya çempionatında mübarizəni davam etdirir. Komanda 1/4 finalda iyulun 12-də, saat 05:00-da İsveçrə milli komandası ilə qarşılaşacaq.

Tarix
2026.07.11 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirildi

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla