Yuxarı

Yaşayış binasının həyəti çökdü: sakinlər təşvişdə - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşayış binasının həyəti çökdü: sakinlər təşvişdə - Video

Sumqayıtda "20-ci məhəllə" deyilən ərazidə yaşayış binasının həyəti çöküb.

Axar.az Xəzər TV-yə istinadən məlumat verir ki, yaxınlıqda yaşayan ailələr narahatdırlar.

Sakinlər deyirlər ki, ərazidən iri kanalizasiya xətti keçir. 1949-cu ildən istifadədə olan kanalizasiya xətti istismar müddətini başa vurub. Bu səbəbdən həmin ərazidə iri çökmə baş verib.

Sumqayıt Su Kanal İdarəsindən bildirilib ki, 20-ci məhəllə ərazisində baş verən çökmə hadisəsindən xəbərdardırlar. Sözügedən ünvanda 6 metr dərinlikdən iri kanalizasiya xətti keçir.

Hətta orada yaşayan sakinlərlə bu barədə fərdi söhbətlər aparılıb və ərazi təhlükəli olduğu üçün lentlənib. Ancaq təmir-bərpa işlərinin aparılması üçün ərazinin genişlənməsinə və mövcud ağacların çıxarılmasına, eləcə də hasarların sökülməsinə ehtiyac yaranıb.

"Buna görə aidiyyəti qurumlara bu işlərin görülməsi, həmçinin ərazidə iri texnikaların çalışması üçün şəraitin yaradılması məqsədilə müvafiq müraciət ünvanlanıb. Problemin qısa vaxt ərzində aradan qaldırılması nəzərdə tutulub", - deyə idarədən qeyd edilib.

Tarix
2025.02.20 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla