Yuxarı

MSK üzvü vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK üzvü vəfat etdi

Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Surəddin Hümbətov vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

S.Hümbətov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mərhum sabah Bakıda dəfn olunacaq. Yas mərasimi martın 18-də Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, Surəddin Məmmədhüseyn oğlu Hümbətov 2 fevral 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. O, Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Türklərin tarixi və Çanaqqala döyüşlərində şəhid olan azərbaycanlılarla bağlı fundamental araşdırmaların müəllifidir. S.Hümbətov uzun illər Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsində çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 13 iyul 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

2021-ci ildə MSK-nın əvəzedeci üzvü seçilib. Onun namizədliyini hakim Yeni Azərbaycan Partiyası irəli sürmüşdü.

Tarix
2025.03.15 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla