Yuxarı

Van Damm insan alverində ittiham olunur

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Van Damm insan alverində ittiham olunur

Rumıniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə prokurorluğu (DIICOT) aktyor Jan-Klod Van Damm barəsində insan alveri işi üzrə istintaq başladıb.

Kult.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 65 yaşlı Van Dammın 10 il öncə insan alverinin qurbanı olmuş rumıniyalı qadınlarla intim əlaqəyə girdiyi iddia edilir.

İstintaq materiallarına əsasən, aktyorun Kann şəhərində "hədiyyə olaraq" bir neçə qadın aldığı bildirilir. Hakimiyyət orqanlarının məlumatına görə, o, həmin qadınların istismara məruz qaldığını əvvəlcədən bilib.

Vəkil Adrian Kukulis bildirib ki, aktyor ümumilikdə "həssas vəziyyətdə" olan 5 qadınla cinsi əlaqədə olmaqda şübhəli bilinir.

Prokurorluğun məlumatına görə, insan alveri şəbəkəsi "model agentliyi" adı altında fəaliyyət göstərən iş adamı Morel Bol tərəfindən təşkil edilib. 2022-ci ildə Bol yetkinlik yaşına çatmayanların ticarəti ilə bağlı cinayət işinin əsas fiqurlarından biri kimi istintaqa cəlb olunub və bu iş üzrə araşdırmalar hələ də davam edir.

DIICOT Van Dammın adının keçdiyi cinayət işinin icraata götürüldüyünü təsdiqləyib.

Tarix
2025.04.02 / 14:58
Müəllif
Kult.az
Digər xəbərlər

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla