Yuxarı

Ümrə ziyarətindən qayıdan mühəndis qəzada öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ümrə ziyarətindən qayıdan mühəndis qəzada öldü

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan 1957-ci il təvəllüdlü Azad Zeynalov bir gün əvvəl Səudiyyə Ərəbistanından Ümrə ziyarətindən qayıdıbmış.

Altı övlad atası olan A.Zeynalov əslən Laçın rayonunun Zağaltı kəndindəndir. Məcburi köçkünlük dövründə Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıb.

O, Kəlbəcərdə aparılan tikinti-yenidənqurma işlərində iştirak edən “TVM İnşaat” MMC-də sahə rəisi - mühəndis vəzifəsində çalışırmış. Mərhum Ümrə ziyarətindən qayıtdıqdan sonra Bakıda ailəsi ilə görüşüb və səhər saatlarında "Kia Sorento" markalı şəxsi avtomobili ilə iş yerinə - Kəlbəcərə yola düşüb.

Onun ölümünə səbəb olan qəza rayonun Qılınclı kəndində baş verib. A.Zeynalovun idarə etdiyi avtomobil “Cengiz İnşaat” şirkətində sürücü işləyən, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 1989-cu il təvəllüdlü Röyal Məmmədovun sükanı arxasında olduğu "Howo” markalı betonqarışdıran maşınla toqquşub. Nəticədə A.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

O, öz vəsiyyətinə uyğun olaraq, aprelin 24-də Laçının Zağaltı kəndində dəfn olunub.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov isə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Həkimlər onun əziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azad Zeynalov uzun illər SOCAR-da işləyib. Daha sonra isə Heydər Əliyev Beynəlxalq Hava Limanında çalışıb. Onun həyat yoldaşı 1992-ci ildə faciəvi şəkildə - güllə yarasından dünyasını dəyişib.

Tarix
2025.04.24 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Xameneinin dəfni ilə bağlı tələbi...

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla