İndoneziyada itən gəmi tapıldı: 108 sərnişin...
15:01
| Ana səhifə Planet |
|
İran və Ermənistan iki ölkə arasındakı sərhəddə sadələşdirilmiş ("yaşıl") gömrük dəhlizi yaratmaq barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, İranın iqtisadiyyat nazirinin müavini və Gömrük İdarəsinin rəhbəri Fərud Əsgəri ilə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan arasında Culfada keçirilən görüşdə razılıq əldə olunub.
Bildirilib ki, Norduz–Mehri sərhəd-keçid məntəqəsində yüklərin daşınmasını sürətləndirmək və nəqliyyat vasitələrinin boşdayanma müddətini azaltmaq məqsədilə yeni bir mexanizm işə salınacaq.
|
Tarix
2026.09.13 / 14:21
|
Müəllif
Axar.az
|