Yuxarı

Almaniyada kütləvi etirazlar: Onminlərlə insan AfD-yə qarşı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada kütləvi etirazlar: Onminlərlə insan AfD-yə qarşı...

Almaniyanın 35-dən çox şəhərində onminlərlə insan ifrat sağçılığa qarşı və demokratiyanın müdafiəsi tələbi ilə etiraz aksiyaları keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Tagesschau” agentliyi məlumat yayıb.

Məlumata görə, aksiyalar xüsusilə Saksoniya-Anhalt əyalətində keçirilmiş parlament seçkilərində “Almaniya üçün Alternativ” (AfD) partiyasının qələbəsindən sonra təşkil olunub.

Münhen, Hamburq, Berlin, Maqdeburq, Şverin, Drezden və Leypsiq də daxil olmaqla, bir sıra şəhərlərdə keçirilən aksiyalarda demokratik həmrəylik çağırışları səsləndirilib.

Berlin polisinin məlumatına görə, Berlindəki nümayişə təxminən 13 min nəfər qatılıb. Münhendə iştirakçıların sayı 12 min, Düsseldorfda isə 20 min nəfər olub. Hamburqda təşkilatçılar aksiyaya təxminən 20 min insanın qatıldığını bildiriblər.

Hamburqdakı nümayiş iştirakçıları AfD-nin qadağan olunması prosedurunun başlanmasının nəzərdən keçirilməsini tələb ediblər.

Etiraz aksiyalarına 100-dən çox təşkilat və həmkarlar ittifaqı qoşulub.

Tarix
2026.09.13 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla