Yuxarı

Futbolda yeni cəza: Qara kart göstəriləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Futbolda yeni cəza: Qara kart göstəriləcək

Rumıniyada azarkeşlərin uşaqların iştirak etdiyi futbol oyunlarında davranışlarına nəzarətlə bağlı yeni qayda tətbiq olunacaq.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, Rumıniya Futbol Federasiyası (FRF) U-7-dən U-16-ya qədər yaş qruplarında keçirilən turnirlərdə qara kart tətbiq etmək qərarına gəlib. Yeni intizam proseduru sentyabrın 11-də federasiyanın Fövqəladə Komitəsi tərəfindən təsdiqlənib.

Qara kart valideyn və digər azarkeşlərin uşaqlara, məşqçilərə, hakimlərə və matçda iştirak edən digər şəxslərə qarşı təhqir, hədə, fiziki zorakılıq və davamlı aqressiv davranışlarına görə tətbiq ediləcək.

Qayda üç mərhələdən ibarətdir. İlk insident zamanı hakim oyunu dayandıraraq məşqçilərdən azarkeşləri sakitləşdirməyi tələb edir. Davranış davam edərsə, qarşılaşma 10 dəqiqəlik dayandırılır və komandalar paltardəyişmə otağına göndərilir.

Oyun yenidən başladıqdan sonra da tribunadakı aqressiv davranış davam edərsə, hakim qarşılaşmanı başa çatdırır və qara kart göstərir. Bu halda oyun dayandırılır və artıq davam etdirilmir.

Qeyd edək ki, FRF-nin məlumatına görə, bu addım tribunadakı davranışlara görə xüsusi kart tətbiq edən dünyada ilk futbol federasiyasıdır.

Tarix
2026.09.13 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla