Yuxarı

Həbsxana işçisi qadın məhkum üçün telefon keçirdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsxana işçisi qadın məhkum üçün telefon keçirdi

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Əməliyyat-rejim şöbəsinə xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadın məhkumlar bölməsində məhkumlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyanın (mobil telefon) mövcudluğu barədə əməliyyat məlumatı daxil olub və həmin məlumat əsasında Penitensiar Xidmətin aidiyyəti əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, araşdırma zamanı cəzaçəkmə müəssisəsi əməkdaşının öz qulluq mövqeyindən istifadə edərək özünə məxsus çantada iki ədəd mobil telefonu və onlara aid aksesuarları gizlətməklə müəssisəsinin daxilinə keçirərək cəzaçəkən qadın məhkuma verməsi və həmin məhkum tərəfindən qeyd edilən qadağan olunmuş əşyalardan istifadə edilməsi faktı müəyyən olunub.

Törədilmiş əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğundan, aidiyyəti üzrə araşdırmanın aparılması və hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar və maddi sübutlar Penitensiar Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinə göndərilib. İstintaq bölməsi tərəfindən toplanmış materiallar istintaq aidiyyəti üzrə muxtar respublika Prokurorluğuna göndərilib, faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci, 317-1.2-ci və 3172.2-ci maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb. Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 2025-ci il 12 mart tarixli hökmü ilə həmin iş üzrə cəzaçəkmə müəssisəsinin adıkeçən əməkdaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsinə, cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlar isə Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsinə əsasən məhkum edilərək, onlara qanunda nəzərdə tutulmuş cəzalar təyin olunub.

Hökm qanuni qüvvəyə minib və icraya yönəldilib.

Tarix
2025.05.22 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla