Yuxarı

Güləşçimiz dünya çempionatında finala yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

Axar.az xəbər verir ki, Hüseyn İsmayılov (65 kq) mundialın həlledici mərhələsinə adlayıb.

O, əvvəlcə kanadalı Liam Qortonu üstələyib – 4:2.

Gəncə güləş məktəbinin yetirməsi 1/8 finalda yunanıstanlı Konstantinos Mixailidisə heç bir şans tanımayıb – 11:0. İsmayılov daha sonra qırğızıstanlı Adisbek Altınbekovu çətinliklə də olsa, yolundan kənarlaşdırıb – 2:1. Hüseyn yarımfinalda isə qazaxıstanlı Yerali Askerbekdən güclü olub – 3:1. Milli üzvü sabah finalda amerikalı Arseni Kikinyovla güləşəcək.

Rəvan Həsənzadə (48 kq) belaruslu Makar Markoviçi vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 12:0. Həmyerlimiz özbəkistanlı Cahangir Tulkunovla gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılıb – 4:2. Rəvan yarımfinalda amerikalı Ariah Millsə 2:7 hesabıyla məğlub olub. Həsənzadə sabah bürünc medal uğrunda Giorgi Narimanidze (Gürcüstan) – İslam Rabadanov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.

Ruslan Əlizadə (55 kq) həm moldovalı Dan Bulqaru, həm də kanadalı Aaharen Piranavan üzərində 10:0 hesablı qələbə qazanıb. Güləşçimiz 1/4 finalda rusiyalı Çingis Sarıqlarla üz-üzə gəlib. Ruslan 6:1 hesablı üstünlük əldə etsə də, təşəbbüsü əldən verib və yekunda minimal fərqlə (8:9) xalçanı məyus tərk edib.

Nihad Süleymanlı (80 kq) debütdə ermənistanlı Vaçe Aslanyan üzərində inamlı qələbəyə sevinib – 7:1. Süleymanlı 1/4 finala çıxmağa da yaxın olub. Ancaq sona 3 saniyə qalmış qələbəni əldən verən Nihad rusiyalı İssa Zanqiyevə 5:7 hesabıyla məğlub olub.

Hakim Tağıyev (110 kq) debütdə belaruslu Mikita Tkaçiki vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Pəhləvanımız amerikalı Aleksander Teylora da gücünü göstərib – 7:6. Tağıyev 1/4 finalda rusiyalı Avropa çempionu Maqomedrasul Omarovla bacarmayıb – 0:5. Rəqib finala yüksəldiyi üçün Hakim sabah təsəlliverici görüşə çıxacaq. Onun rəqibi ya Laert Movsesyan (Ermənistan), ya da Yu Çuanq (Çin Taypeyi) olacaq.

Tarix
2025.08.01 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Bayramov İsrailin yeni səfiri ilə görüşdü

TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla