Yuxarı

Məşqçimizin vurduğu hakimə ömürlük cəza - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay Serbiyada məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatında azərbaycanlı boksçuya qarşı qərəzli şəkildə haqsızlıq edən hakim cəzasız qalmayıb.

Axar.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qurumun bununla bağlı Beynəlxalq Boks Assosiasiyasına (İBA) ünvanlandığı etiraz məktubu, o cümlədən idmançının hüquqlarının qorunması üçün gördüyü işlərə cavab olaraq hakim Stefan Subalevski ömürlük hakim titulundan məhrum ediləcək.

İBA prezidenti Umar Kremlyev bununla bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

O, videomüraciətində bildirib ki, məktəbli boksçuların Avropa birinciliyində Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevin (75 kq) döyüşündəki hakim özbaşınalığa yol verməməli idi:

“Bu həm İBA-nın çağırışıdır, həm də boks ailəsinin təmiz boks uğrunda istəyidir. Kim ki, idman dəyərlərini pozur, onlar olmamalıdır. Nə İBA-da, nə də idmanda. Beləliklə, bu cür halların qarşısını ciddi şəkildə alırıq”.

U.Kremlyev vurğulayıb ki, döyüşü idarə edən hakimi ömürlük boksdan kənarlaşdıracaqlar: “Boksçunun məşqçisini dəstəkləyirəm. Amma onun hərəkətləri də düz deyil, bu cür olmamalıdır. Bunun üçün qərar verən xüsusi orqanlar – intizam və etika komissiyaları var. Hakim isə ömürlük kənarlaşdırılmalıdır”.

Qeyd edək ki, Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 75 kq çəki dərəcəsində mübarizə aparan Yusif Ağakişiyevlə yerli Viktor Maystroviçin final görüşündə boksçumuzun çempionluğu əlindən alınıb. Görüşün Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə qələbə serbiyalı idmançıya verilib.

Tarix
2025.08.05 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Təsdiqləndi

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

Füzuli bu türk şəhəri ilə qardaşlaşacaq

Berdiməhəmmədov, Mirziyayev və Əsədov görüşdü

Zəngəzurdan keçməklə Naxçıvana çox gedib-gəlmişəm...

Əli Əsədov Kobaxidze ilə görüşdü

ABŞ konqresmeni: Tezliklə Azərbaycan və Ermənistan...

Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla